- Dünya çempionatı
- 01:54 01.04.2026
Çexiya və Danimarka milliləri arasında 2026-cı il dünya çempionatına vəsiqə uğrunda B yolu üzrə final pley-off oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Praqadakı “EPET Arena”da keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Oyun penalti seriyası ilə davam edib və Çexiya millisinin futbolçuları 3:1 hesabı ilə qalib gəlib, mundiala vəsiqə qazanıblar. Oyunun baş hakimi İtaliyanın Roma şəhərindən Mauritsio Mariani olub.
Matçın 3-cü dəqiqəsində Pavел Şults hesabı açaraq ev sahiblərini önə çıxarıb. 72-ci dəqiqədə Yoaçim Andersen Danimarkanın hesabını bərabərləşdirib. Əlavə vaxtda 100-cü dəqiqədə Ladislav Kreychinin qolu Çexiyanı yenidən önə keçirib, lakin 112-ci dəqiqədə Kasper Hyoq tarazlığı bərpa edib. Nəticədə oyunda qalib penalti seriyası ilə müəyyənləşib.
Yarımfinal mərhələsində Çexiya İrlandiyanı penalti seriyasında 4:3 hesabı ilə üstələyib (əsas vaxt 2:2), Danimarka isə Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il finalında Argentina və Fransa 3:3 hesabı ilə bitən oyundan sonra penaltilərdə 4:2 hesabı ilə qalib gəlmişdi.