16 may 2026. Şənbə

İtaliya milli komandası üçüncü dəfə mundialdan kənarda qaldı


İtaliya milli komandası üçüncü dəfə mundialdan kənarda qaldı

İtaliya futbol millisi üçüncü dəfə ardıcıl olaraq dünya çempionatının final mərhələsində iştirak etməyəcək.

90deqiqe.Azn məlumatına görə, 2026-cı il dünya çempionatına ABŞ, Kanada və Meksikada vəsiqə uğrunda keçirilən play-off finalında Cennaro Qattuzo rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina millisinə 1:1, penaltilərdə isə 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, İtaliya əvvəllər 2018 və 2022-ci il dünya çempionatlarına da vəsiqə qazana bilməmişdi. Millinin son mundial çıxışı 2014-cü ildə Braziliyada baş tutub. Həmin turnirdə D qrupunda Kosta-Rika, Uruqvay və İngiltərə ilə mübarizə aparan İtaliya komandası 1/8 finala yüksələ bilməmişdi.

Bosniya və Herseqovina isə tarixində ikinci dəfə dünya çempionatında iştirak edəcək. İlk dəfə bu, 2014-cü ildə Braziliyada baş vermişdi.







Dünya çempionatı

Norveç millisi Xaykinlə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 22:36 14.05.2026
Norveç millisi Xaykinlə bağlı qərar verdi
Almaniya yığmasında Noyer sürprizi
  • Dünya çempionatı
  • 22:32 14.05.2026
Almaniya yığmasında Noyer sürprizi