1 aprel 2026. Çərşənbə

2026-cı il Dünya Çempionatının final mərhələsinin 48 iştirakçısından 46-sı müəyyənləşdi


2026-cı il Dünya Çempionatının final mərhələsinin 48 iştirakçısından 46-sı müəyyənləşdi

Bu gün 2026-cı il dünya çempionatının final mərhələsinə ABŞ, Kanada və Meksikada çıxacaq 48 komandadan 46-sı məlum olub.

90deqiqe.Az-ın məlumatına görə, pley-off mərhələsinin final oyunlarında qalib gələn dörd milli komanda birbaşa vəsiqə qazanan 42 yığmaya qoşulub.

Avropa seçmə mərhələsi başa çatdıqdan sonra 2026-cı il dünya çempionatının qrup mərhələsinin iştirakçıları belə formalaşıb:

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya*
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina*
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə*
E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç*
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, pley-off qalibi (İraq — Boliviya)
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, pley-off qalibi (Konqo Demokratik Respublikası — Yamayka)
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama

  • işarəsi ilə qeyd olunan komandalar pley-off mərhələsində qalib gələrək final mərhələsinə vəsiqə qazanıblar.

Dünya çempionatının son iki iştirakçısı qitələrarası pley-off oyunlarından sonra müəyyənləşəcək. Konqo Demokratik Respublikası — Yamayka və İraq — Boliviya qarşılaşmaları 1 aprelə keçən gecə keçiriləcək.

 

 

 







Dünya çempionatı

Niderland Ekvadorla heç-heçə etdi
  • Dünya çempionatı
  • 01:07 01.04.2026
Niderland Ekvadorla heç-heçə etdi
Ukrayna Albaniyanı minimal hesabla məğlub etdi
  • Dünya çempionatı
  • 00:50 01.04.2026
Ukrayna Albaniyanı minimal hesabla məğlub etdi