1 aprel 2026. Çərşənbə

İspaniya qolsuz heç-heçə etdi, Argentina və Braziliya qələbə qazandı


İspaniya qolsuz heç-heçə etdi, Argentina və Braziliya qələbə qazandı

Dünyanın yaşıl meydanlarında keçirilən yoldaşlıq oyunları futbolsevərlərə maraqlı anlar yaşadıb.

90deqiqe.Az-ın məlumatına görə, İspaniya millisi doğma azarkeşlər önündə Misir yığmasını qəbul edib. Qarşılaşma gərgin mübarizə şəraitində keçsə də, tərəflər qapılara yol tapa bilməyiblər – 0:0.

Portuqaliya millisi səfərdə ABŞ üzərində inamlı qələbə qazanıb. Avropa təmsilçisi rəqib qapısından iki cavabsız top keçirib. Görüşdə komandanın kapitanı Kriştianu Ronaldu zədə səbəbindən iştirak etməyib.

Cənubi Amerika təmsilçisi Argentina isə Zambiya ilə oyunda əsl güc nümayiş etdirib. Lionel Messinin kapitanı olduğu kollektiv rəqibini 5:0 hesabı ilə darmadağın edib. Messi matçın 43-cü dəqiqəsində komandasının ikinci qoluna imza atıb.

Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi Xorvatiya üzərində 3:1 hesablı qələbə qazanıb.

Günün digər maraqlı qarşılaşmasında isə Meksika və Belçika yığmaları üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib – 1:1.







Dünya çempionatı

Niderland Ekvadorla heç-heçə etdi
  • Dünya çempionatı
  • 01:07 01.04.2026
Niderland Ekvadorla heç-heçə etdi
Ukrayna Albaniyanı minimal hesabla məğlub etdi
  • Dünya çempionatı
  • 00:50 01.04.2026
Ukrayna Albaniyanı minimal hesabla məğlub etdi