17 may 2026. Bazar günü

"Millidə heç kim üçün zəmanətli yer yoxdur"


"Millidə heç kim üçün zəmanətli yer yoxdur"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni futbolçularında arxayınçılığa yol verməyəcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

 “Komandaya çox şey vermiş futbolçular var, lakin onlar bunu davam etdirməlidirlər. Millidə oynamaq üçün yüz faiz hazır olmaq lazımdır. Burada rahatlaşmaq və heyətdə yerinin təmin olunduğunu düşünmək olmaz. Mavritaniya ilə oyunda baş verənlər təkrarlanmamalıdır. Yaxşı və ya pis oynaya bilərsiniz, amma bəzi məqamlar qəbuledilməzdir. Futbolçular öz aralarında danışdılar və hər şeyi anladılar. Bugünkü çıxış məni qane etdi”, – deyə Skaloni qeyd edib.

“Albiseleste” yoldaşlıq oyununda Zambiya üzərində 5:0 hesablı inamlı qələbə qazanıb. Qarşılaşmadan sonra dünya çempionlarının çalışdırıcısı düzgün yanaşmanın vacibliyini xüsusi vurğulayıb:

Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatında Əlcəzair, Avstriya və İordaniya ilə eyni qrupda mübarizə aparacaq.







Dünya çempionatı

Norveç millisi Xaykinlə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 22:36 14.05.2026
Norveç millisi Xaykinlə bağlı qərar verdi
Almaniya yığmasında Noyer sürprizi
  • Dünya çempionatı
  • 22:32 14.05.2026
Almaniya yığmasında Noyer sürprizi