- Dünya çempionatı
- 17:42 01.04.2026
Niderland millisinin və “Liverpul” klubunun sağ cinah müdafiəçisi Ceremi Frimponq növbəti dəfə zədələnib.
90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçu Ekvadora qarşı keçirilən yoldaşlıq görüşündə ikinci hissənin əvvəlində meydana daxil olsa da, 58-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.
Qarşılaşmadan sonra Niderland yığmasının baş məşqçisi Ronald Kuman futbolçunun zədə aldığını təsdiqləyib.
Qeyd edək ki, Niderland – Ekvador oyunu 1:1 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, “Liverpul”un qarşıda mühüm qarşılaşmaları var. Komanda aprelin 4-də İngiltərə kubokunun dörddəbir finalında “Mançester Siti” ilə üz-üzə gələcək. Aprelin 8-də isə kollektiv Avropanın ən nüfuzlu klub turnirinin dörddəbir finalında PSJ ilə ilk matçını keçirəcək.