5 aprel 2026. Bazar günü

"İtaliyanı layiq olduğu yerə çıxara bilmədim"


"İtaliyanı layiq olduğu yerə çıxara bilmədim"

İtaliya millisinin və “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsinə münasibət bildirib.

 90deqiqe.Az xəbər verir ki, komandanın kapitanı Donnarumma oyundan sonra sosial şəbəkədə emosional paylaşım edib.

“Dünən gecə oyundan sonra göz yaşlarımı saxlaya bilmədim. İtaliyanı layiq olduğu yerə çıxara bilmədiyim üçün məyusluqdan ağladım. Komanda ilə bölüşdüyüm böyük kədər hiss edirəm. Kapitanı olduğum bu komanda ilə fəxr edirəm və bilirəm ki, azarkeşlərimiz də bu ağrını hiss edir.

İndi sözlərin böyük əhəmiyyəti yoxdur. Amma sizinlə bir hissi bölüşmək istəyirəm: belə böyük məyusluqdan sonra yenidən başlamaq üçün özündə cəsarət tapmalısan. Bunun üçün güc, ehtiras və inam lazımdır. Bizi irəli aparan məhz inamdır. Həyat bütün gücünü verənləri mükafatlandırır.

Məhz bu andan etibarən yenidən başlamalıyıq. Birlikdə. Yenidən. İtaliyanı layiq olduğu yerə qaytarmaq üçün”.

Qeyd edək ki, İtaliya yığması Cennaro Qattuzonun rəhbərliyi altında seçmə mərhələnin pley-off finalında Bosniya və Herseqovina millisinə uduzub – 1:1 (penaltilər – 1:4). Bununla da İtaliya ardıcıl üçüncü dünya çempionatını buraxacaq.







Dünya çempionatı

“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı