- Dünya çempionatı
- 22:42 05.04.2026
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandadakı vəzifəsindən ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O Qattuzonun postunu itirməsinin səbəbini İtaliya yığmasının Bosniya və Herseqovina milli futbol komandası ilə 2026-cı il dünya çempionatına vəsiqə uğrunda A Yolunun final pley-off matçında məğlubiyyətinə (1:1, penaltilərlə 1:4) görə olacağını qeyd edib.
Beləliklə, “Skuadra Adzurra” tarixində ilk dəfə olaraq ardıcıl üç dünya çempionatını buraxacaq. İtaliya millisi sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib. Qeyd edək ki, komanda dördqat dünya çempionudur.
Xatırladaq ki, C.Qattuzo 2025-ci ildən İtaliya yığmasına rəhbərlik edir. O, daha əvvəl "Hayduk Split", "Marsel", "Napoli" və "Milan" kimi klublarda baş məşqçi olub.