21 may 2026. Cümə axşamı

Rumıniya yığması baş məşqçisiz qaldı


Rumıniya yığması baş məşqçisiz qaldı

Rumıniya millisində gözlənilməz ayrılıq yaşanıb.

90deqiqe.Az xəbər verir ki, Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçesku ilə əməkdaşlığa son qoyub.

80 yaşlı mütəxəssisin səhhətində yaranan problem bu qərarın əsas səbəblərindən biri kimi göstərilir. Belə ki, o, məşqdən əvvəl huşunu itirib və xəstəxanaya aparılıb. Həkimlərin ona defibrilyator yerləşdirəcəyi bildirilir.

Təcrübəli çalışdırıcı Rumıniya millisinin sükanı arxasına ikinci dəfə ötən il qayıtmışdı. Onun ilk dönəmi 1981–1986-cı illəri əhatə edib.

Komanda isə onun rəhbərliyi altında dünya çempionatına vəsiqə qazana bilməyib. Rumıniya pley-off yarımfinalında Türkiyə milli futbol komandasına uduzub. Türkiyə isə həlledici oyunda Kosovo milli futbol komandası üzərində qələbə qazanaraq mundiala vəsiqəni təmin edib.







Dünya çempionatı

Ançelotti Neymarla bağlı sərt qərar verdi
  • Dünya çempionatı
  • 23:02 20.05.2026
Ançelotti Neymarla bağlı sərt qərar verdi
Norveç millisi Xaykinlə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 22:36 14.05.2026
Norveç millisi Xaykinlə bağlı qərar verdi
Almaniya yığmasında Noyer sürprizi
  • Dünya çempionatı
  • 22:32 14.05.2026
Almaniya yığmasında Noyer sürprizi