10 may 2026. Bazar günü

Buffon İtaliya millisindəki vəzifəsindən ayrıldı


Buffon İtaliya millisindəki vəzifəsindən ayrıldı

Əfsanəvi qapıçı Canluici Buffon İtaliya millisində tutduğu nümayəndə heyətinin rəhbəri və komanda koordinatoru vəzifəsindən ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə o, şəxsi sosial şəbəkə hesabında paylaşım edib.  

“Əsas məqsədimiz İtaliyanı yenidən dünya çempionatına qaytarmaq idi. Lakin bunu bacarmadıq”, – deyə Buffon paylaşımında bildirib.

Xatırladaq ki, Buffon son üç ilə yaxın müddətdə bu vəzifəni icra edirdi.

Əlavə edək ki, çərşənbə axşamı İtaliya millisi sensasiyalı şəkildə futbol üzrə dünya çempionatına vəsiqə qazana bilməyib. “Skuadra adzurra” səfərdə Bosniya və Herseqovina millisi ilə əsas vaxt və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyundan sonra penaltilər seriyasında məğlub olub.

Beləliklə, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatında iştirak etməyəcək.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı