21 may 2026. Cümə axşamı

Mirça Luçesku yenidən xəstəxanaya yerləşdirildi


Mirça Luçesku yenidən xəstəxanaya yerləşdirildi

Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçesku kəskin miokard infarktı səbəbindən yenidən xəstəxanaya, intensiv terapiya şöbəsinə yerləşdirilib.

90deqiqe.Az-ın məlumatına görə,  80 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirildikdən sonra ikinci dəfə infarkt keçirib və üç reanimasiya əməliyyatı aparılıb. Həkimlər tac arteriyaların tutulmasını yoxlamaq üçün angioqrafiya prosedurunu həyata keçiriblər.

Luçesku hazırda kritik vəziyyətdədir. Xatırladaq ki, o, martın 29-da da təcili xəstəxanaya yerləşdirilmiş və aprelin 2-də Rumıniya millisinin baş məşqçi postundan istefa etmişdi.

Təcrübəli mütəxəssis İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandalarına rəhbərlik edib və 2024-cü ildən Rumıniya millisində çalışırdı.







Dünya çempionatı

Ançelotti Neymarla bağlı sərt qərar verdi
  • Dünya çempionatı
  • 23:02 20.05.2026
Ançelotti Neymarla bağlı sərt qərar verdi
Norveç millisi Xaykinlə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 22:36 14.05.2026
Norveç millisi Xaykinlə bağlı qərar verdi
Almaniya yığmasında Noyer sürprizi
  • Dünya çempionatı
  • 22:32 14.05.2026
Almaniya yığmasında Noyer sürprizi