4 aprel 2026. Şənbə

“Milli komandadan getmək istədiyim an oldu”


“Milli komandadan getmək istədiyim an oldu”

“Real”ın hücumçusu Kilian Mbappe 2021-ci ildə Fransa millisini tərk etmək istədiyi günü xatırlayıb.  

90deqiqe.Az-ın məlumatına görə, "Madrid Zone" futbolçunun dediklərini belə çatdırıb.

“Penaltini dəqiq yerinə yetirə bilmədim, komandamız uduzdu və turnirdən kənarlaşdırıldı. O vaxt mən millidən getmək istədim. Mən Frananı prioritetlər siyahımda birinci yerə qoymuşdum, amma ilk uğursuzluqda özümə qarşı təhqirlər eşitdim. Özümə dedim: ‘Buna görə meydanda mübarizə aparıram?’ Çox çətin idi, xüsusən 2018-ci ildəki möhtəşəm dünya çempionatından sonra, komandamız qalib gəlmişdi və məni milli qəhrəman hesab edirdilər. Mən Fransa Futbol Federasiyasının prezidentinin yanına getdim və dedim ki, gedirəm. O isə cavab verdi: ‘Sən həqiqətən düşünürsən ki, mən səni elə sadəcə buraxaram?’” 

Qeyd edək ki, həmin il “üçrənglilər” Avro-2020-də uğursuz çıxış edərək 1/8 final mərhələsində İsveçrəyə penaltilər seriyasında uduzmuşdu.

Mbappe indiyə qədər Fransa millisində 96 oyunda 56 qol vurub – o, Olivier Jirunun rekordunu təkrarlamaq üçün yalnız bir qol vurmalıdır.







Dünya çempionatı

“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı