1 oktyabr 2026. Cümə axşamı

"İtaliyada gənc futbolçulara şans verilmir"


"İtaliyada gənc futbolçulara şans verilmir"

Almaniya millisinin sabiq hücumçusu Yurgen Klinsmann İtaliya millisinin ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, İtaliyada gənc futbolçulara böyük klubların əsas heyətində özlərini göstərmək üçün kifayət qədər şans verilmir:

“İtaliyada Lamin Yamal və Camal Musiala kimi futbolçular yəqin ki, təcrübə toplamaq üçün aşağı liqaya göndərilərdi”, – deyə Klinsmann qeyd edib.

Xatırladaq ki, Lamin Yamal İspaniya çempionatında debütünü 2023-cü ilin aprel ayında “Betis”ə qarşı oyunda 15 yaş 290 günlüyündə edib. O, La Liqada Kataloniya klubunun tarixində meydana çıxan ən gənc futbolçu olub.

2023-cü ilin avqustunda Yamal İspaniya çempionatında “Barselona”nın heyətində “Kadiz”ə qarşı oyuna start heyətində başlayıb. 16 yaş 38 günlüyündə meydana çıxan futbolçu XXI əsrdə La Liqada oyuna start heyətində başlayan ən gənc futbolçu kimi tarixə düşüb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər