1 oktyabr 2026. Cümə axşamı

Ən yaxşı afrikalı məşqçi Sisse Liviya yığmasından ayrıldı, Anqolaya keçdi


Ən yaxşı afrikalı məşqçi Sisse Liviya yığmasından ayrıldı, Anqolaya keçdi

2022-ci ildə Afrikanın ən yaxşı məşqçisi seçilən Aliu Sisse iş yerini dəyişib.

90deqiqe.Az "Footmercato"ya istinadən xəbər verir ki, o, Liviya yığması komandasında fəaliyyətini dayandırdıqdan sonra Anqola yığmasının baş məşqçisi təyin olunub və onlarla dörd illik müqavilə imzalayıb.

Aliu Sisse bu gecə mətbuat qarşısında rəsmi təqdim ediləcək. 50 yaşlı mütəxəssis Liviya ilə yanaşı, öz vətəni Seneqal yığmasını da çalışdırıb. O, bu komandada 2021-ci ildə Afrika Kubokunu qazanıb və iki il öncə eyni turnirdə gümüş medal əldə edib.

Futbolçu karyerasında Sisse PSJ, "Birmingem", "Portsmut" və digər klublarda çıxış edib. Seneqal yığması ilə 28 oyunda meydana çıxaraq 9 qol vurub və 2002-ci ildə Afrika Kubokunda gümüş medal qazanıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər