- Dünya çempionatı
- 21:21 11.04.2026
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 41 yaşlı müdafiəçi Tyaqo Silvanın dünya çempionatına çağırılması ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, futbolçunun yaşı onun üçün əsas meyar deyil:
“Mən heç vaxt pasportdakı doğum tarixinə baxmıram. Dünya çempionatının siyahısında bütün futbolçular yer ala bilər. Onun 41 yaşı olması vacib deyil. Əgər layiqdirsə, siyahıda olacaq. Yaş problem deyil”.
Qeyd edək ki, Tyaqo Silva 2026-cı ildə “Fluminense”dən Portuqaliyanın “Portu” klubuna azad agent kimi keçib. Onun müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.
Cari mövsümdə müdafiəçi “Portu”nun heyətində bütün turnirlərdə 9 oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb. Tyaqo Silvanın Braziliya millisində 113 oyunu və 7 qolu var.