12 aprel 2026. Bazar günü

Ronaldo Braziliyanın dünya çempionu olma şansından danışdı


Ronaldo Braziliyanın dünya çempionu olma şansından danışdı

Əfsanəvi sabiq hücumçu Ronaldo Braziliya millisinin qarşıdakı dünya çempionatındakı şansları barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, komandanın heyətində Vinisius Junior, Rafinya və Estevao kimi yüksək səviyyəli futbolçular var və onların böyük klublarda çıxış etdiyini vurğulayıb:

“Düşünürəm ki, 2026-cı il dünya çempionatını qazanmaq şansımız var. Karlo Ançelotti futbol tarixinin ən böyük və ən uğurlu məşqçilərindən biridir, ona inanıram. Bəli, çətin olacaq, amma şansımız var. Hazırda Braziliyanın qələbə ehtimalı digər 95 faiz milli komandadan daha yüksəkdir”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, Braziliya milli komandası Mərakeş, Haiti və Şotlandiya ilə eyni qrupda yer alacaq.

Braziliyanın son dünya çempionluğu 2002-ci ilə təsadüf edir. Həmin turnirdə Ronaldo 8 qolla bombardir olmuşdu. Karlo Ançelotti isə ötən ilin yayında Braziliya millisinin baş məşqçisi təyin olunub.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı