1 oktyabr 2026. Cümə axşamı

Zinəddin Zidan Tacikistan millisindən imtina edib?


Zinəddin Zidan Tacikistan millisindən imtina edib?

Zinəddin Zidanın məşqçilik fəaliyyətini davam etdirməkdən imtina etməsi ilə bağlı məlumatlar yayılıb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbol əfsanəsi guya Tacikistan milli komandasının baş məşqçisi olmaq təklifindən imtina edib. Məlumatın mənbəyi kimi yerli “PM Arena” göstərilir.

Lakin qeyd olunur ki, bu, geniş auditoriyaya malik rəsmi media qurumu deyil, cəmi bir neçə min izləyicisi olan sosial şəbəkə səhifəsidir. Buna görə də yayılan məlumatın dəqiqliyinə ehtiyatla yanaşılır.

Eyni zamanda, iddialara əsasən, Zidanın yaxın yayda Fransa milli komandasının baş məşqçisi təyin olunması ehtimalı var. Bu barədə uzun müddətdir bir sıra tanınmış futbol jurnalistləri də məlumat verir və bu variant daha real hesab olunur.

Qeyd edək ki, Tacikistan milli komandası hazırda FIFA reytinqində 103-cü yerdə qərarlaşıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər