1 may 2026. Cümə

İran millisi müharibəyə baxmayaraq dünya çempionatında iştirak edəcək


İran millisi müharibəyə baxmayaraq dünya çempionatında iştirak edəcək

İran milli komandası ABŞ ilə müharibəyə baxmayaraq, 2026-cı il futbol üzrə dünya çempionatında iştirak edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə Canni İnfantino Kanadada keçirilən qurumun konqresində açıqlama verib.

Xatırladaq ki, İran millisinin bütün oyunları ABŞ ərazisində keçirilməlidir. Hazırda iki ölkə arasında Fars körfəzində hərbi qarşıdurma davam edir. Aprelin 8-dən etibarən tərəflər arasında müvəqqəti atəşkəs qüvvədədir.

Qrup mərhələsində İran yığması Yeni Zelandiya, Belçika və Misir milliləri ilə qarşılaşacaq.

Son aylarda hərbi əməliyyatlarla əlaqədar İran millisinin turnirdən kənarlaşdırılacağı ilə bağlı çoxsaylı iddialar səslənirdi. Bu halda komandanın BƏƏ və ya hətta İtaliya yığması ilə əvəzlənə biləcəyi bildirilirdi.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirin açılış oyunu iyunun 11-də Meksika və CAR yığmaları arasında keçiriləcək.







Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"