- Dünya çempionatı
- 23:34 30.04.2026
Meksika milli komandasının qapıçısı Gilyermo Oçoa dünya çempionatında çıxış edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat verib.
O Oçoanın turnirdən sonra həm milli komandada, həm də klub səviyyəsində karyerasını başa vuracağını qeyd edib
Gözlənilməz hal baş verməzsə, meksikalı futbolçu karyerası ərzində altıncı dəfə dünya çempionatında iştirak edəcək. Bu göstəriciyə daha əvvəl Kriştiano Ronaldo və Lionel Messi də nail olublar.
Hazırda turnirdə beş iştirak göstəricisi səkkiz futbolçunun aktivində var.
Oçoa 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında əsas qapıçı olub, digər iki turnirdə isə ehtiyatda qalıb.
“Amerika”, “Malaqa” və “Ajaçço” klublarındakı çıxışları ilə tanınan futbolçu hazırda Kiprin AEL komandasında çıxış edir.