- Dünya çempionatı
- 00:39 01.05.2026
ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatında İran millisinin iştirakına qarşı olmadığını bildirib.
90deqiqe.Az xəbər verir ki, Ağ Evdə jurnalistlərdən biri Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun İran yığmasının mundialda çıxış edəcəyi ilə bağlı açıqlamasını şərh etməyi xahiş edib. Tramp isə cavabında deyib: “Əgər Canni belə deyibsə, mən etiraz etmirəm”.
Qeyd edək ki, İran milli komandası qrup mərhələsində iki oyununu Los-Ancelesdə, bir görüşünü isə Sietldə keçirəcək.
İran yığması turnirdə Yeni Zelandiya (15 iyun), Belçika (21 iyun) və Misir (26 iyun) komandaları ilə eyni qrupda mübarizə aparacaq.