26 sentyabr 2026. Şənbə

Qavi DÇ-2026-dakı favoritini açıqladı


Qavi DÇ-2026-dakı favoritini açıqladı

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi 2026-cı il dünya çempionatının favoritləri ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, gənc futbolçu bildirib ki, Argentina milli futbol komandası əsas favoritlərdən biridir:

“Argentina favoritlər sırasındadır, çünki onların heyətində Lionel Messi kimi futbolçu var və ümumilikdə çox güclü komandaya sahibdirlər. Bundan əlavə, düşünürəm ki, Fransa milli futbol komandası da favoritlərdəndir. İspaniyadan başqa üç komandanın adını çəkə bilərəm: Argentina, Fransa və Portuqaliya milli futbol komandası”.

Qeyd edək ki, hazırkı dünya çempionu Argentinadır. Cənubi Amerika təmsilçisi 2022 FIFA Dünya Çempionatının finalında Fransanı məğlub edib. Həmin qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb, penaltilər seriyasında isə Argentina 4:2 hesabı ilə üstün olub.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər