8 may 2026. Cümə

FIFA ilə "Panini" arasında yarım əsrlik əməkdaşlıq başa çatır


FIFA ilə "Panini" arasında yarım əsrlik əməkdaşlıq başa çatır

FIFA ilə futbol stikerləri istehsalçısı "Panini" arasında əməkdaşlıq 2030-cu il dünya çempionatından sonra başa çatacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib.

Tərəflər arasında tərəfdaşlıq 50 ildən artıq davam edib. "Panini"nin ilk rəsmi albomu 1970-ci ildə Meksikada keçirilən dünya çempionatı ərəfəsində təqdim olunmuşdu. Hazırda həmin kolleksiya albomunun internet hərraclarında qiyməti 11 min avroya qədər yüksəlir.

Məlumata görə, əməkdaşlığın dayandırılması FIFA-nın başqa şirkətlə yeni müqavilə bağlaması ilə əlaqədardır. 2031-ci ildən etibarən qurumun bayrağı altında keçirilən turnirlər üçün kolleksiya məhsullarının istehsalını Fanatics şirkəti həyata keçirəcək.

Canni İnfantino bildirib ki, yeni tərəfdaşlıq azarkeşlərin futbolla əlaqəsini daha da gücləndirəcək və oyunun inkişafı üçün əlavə maliyyə mənbəyi rolunu oynayacaq.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı