26 iyun 2026. Cümə

Xames Rodriqes karyerasını başa vuracağı ilə bağlı iddialara münasibət bildirib


Xames Rodriqes karyerasını başa vuracağı ilə bağlı iddialara münasibət bildirib

Kolumbiya millisinin kapitanı Xames Rodriqes karyerasını 2026-cı il dünya çempionatından sonra başa vuracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bunu kimin dediyini bilmirəm. Düşünürəm ki, Kolumbiyada baxış sayı və bəyənmə qazanmaq üçün belə xəbərlər yayılıb. İnsanlar bu məsələlərdə daha diqqətli olmalıdırlar. Nə qədər oynamaq istədiyimi yalnız mən bilirəm. Futboldan gedəcəyim vaxtı əvvəlcədən açıqlayacağam, amma indi yox. Hesab edirəm ki, qarşıda hələ bir neçə ilim var. Mənim haqqımda deyilənlər doğru deyil”, – deyə Xames bildirib.

Qeyd edək ki, Kolumbiya millisi dünya çempionatının qrup mərhələsində Özbəkistan, Konqo Demokratik Respublikası və Portuqaliya yığmaları ilə qarşılaşacaq.







Dünya çempionatı

Neymar Messi ilə münasibətlərindən danışdı
  • Dünya çempionatı
  • 23:14 25.06.2026
Neymar Messi ilə münasibətlərindən danışdı
Bosniya və Herseqovina Qətərə qalib gəlib
  • Dünya çempionatı
  • 01:03 25.06.2026
Bosniya və Herseqovina Qətərə qalib gəlib