29 iyun 2026. Bazar ertəsi

Karlo Ançelotti Braziliya millisi ilə müqaviləni 2030-cu ilə qədər uzadıb


Karlo Ançelotti Braziliya millisi ilə müqaviləni 2030-cu ilə qədər uzadıb

Braziliya millisi baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssis 2030-cu il dünya çempionatının sonuna qədər Braziliya millisində çalışacaq.

Karlo Ançelotti ötən ilin may ayında “Real”dan ayrıldıqdan qısa müddət sonra Braziliya yığmasının baş məşqçisi vəzifəsinə gətirilmişdi. Hazırda o, “selesao”nu 2026-cı il dünya çempionatına hazırlayır.

Qrup mərhələsində Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə üz-üzə gələcək.

Braziliya millisi sonuncu dəfə dünya çempionu titulunu 2002-ci ildə qazanıb. Ümumilikdə isə braziliyalılar dünya kubokuna beş dəfə sahib çıxıblar.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi