- Dünya çempionatı
- 21:39 14.05.2026
Karlo Ançelotti müqaviləsini uzadaraq 2030-cu il dünya çempionatının sonuna qədər Braziliya millisinin baş məşqçisi vəzifəsində çalışacaq.
90deqiqe.Az xəbər verir ki, yeni müqavilədən sonra italiyalı mütəxəssis fikirlərini bölüşüb:
“Bir il əvvəl Braziliyaya gəldim. İlk dəqiqələrdən bu ölkə üçün futbolun nə demək olduğunu anladım. Artıq bir ildir ki, Braziliya millisinin dünya futbolunun zirvəsinə qayıtması üçün çalışırıq. Lakin həm Braziliya Futbol Konfederasiyası, həm də mən daha artığını istəyirik. Daha çox qələbə, daha çox vaxt və daha çox iş. Qarşıdakı dörd ildə də əməkdaşlığımızı davam etdirəcəyimizi açıqlamaqdan böyük məmnunluq duyuruq. Birlikdə 2030-cu il dünya çempionatına doğru irəliləyəcəyik. Etimada görə konfederasiyaya təşəkkür edirəm. Braziliyaya isə isti qarşılanma və göstərilən sevgi üçün minnətdaram”, – deyə Ançelotti bildirib.
Braziliya millisi sonuncu dəfə 2002-ci ildə dünya çempionu olub. Ançelottinin rəhbərlik etdiyi komandanın qarşıdakı mundial üçün əsas hədəfi isə dünya kubokunu yenidən qazanmaqdır.