29 iyun 2026. Bazar ertəsi

İran millisi dünya çempionatı üçün yeni formasını təqdim etdi


İran millisi dünya çempionatı üçün yeni formasını təqdim etdi

İran milli komandası dünya çempionatında çıxış edəcəyi formaları təqdim edib.

90deqiqe.Az-ın "A Bola"ya istinadən məlumatına görə, təqdimat Tehranda keçirilən xüsusi tədbir çərçivəsində baş tutub. Tədbir zamanı futbolçular azarkeşlərlə görüşərək Şimali Amerikaya yola düşməzdən əvvəl onlarla ünsiyyət qurublar.

Qeyd edək ki, İran yığması turnirdə Yeni Zelandiya, Belçika və Misir milliləri ilə eyni qrupda mübarizə aparacaq.

Təqdim olunan forma dörd il əvvəl Qətərdə istifadə edilən geyimdən demək olar ki, fərqlənmir. Yeganə dəyişiklik qol hissəsində yerləşdirilən stilizə olunmuş bəbir təsviridir.

Bununla belə, bu motiv yenilik deyil. Dünyanın ən sürətli quru heyvanı hesab edilən bəbir təsviri 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında da İran millisinin formasında yer almışdı.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi