29 iyun 2026. Bazar ertəsi

Almaniya yığmasında Noyer sürprizi


Almaniya yığmasında Noyer sürprizi

"Bavariya"nın qapıçısı Manuel Noyer 2024-cü il Avropa çempionatından sonra Almaniya millisində oynamayıb.

90deqiqe.Az-ın "Sky"a istinadən məlumatına görə,  bununla belə, təcrübəli qapıçının yenidən “Bundestim”ə qayıdaraq 2026-cı il dünya çempionatında iştirak etmə ehtimalı var.

 Noyer komandanın baş məşqçisi Yulian Naqelsmann ilə görüşərək milli komandaya dönüş imkanını müzakirə edib.

Daha da önəmlisi Noyer Almaniya millisinin FİFA-ya təqdim etdiyi 55 nəfərlik ilkin siyahıya daxil edilib. Qeyd olunub ki, yekun heyət yalnız bu siyahıya daxil olan futbolçulardan formalaşdırıla bilər.

Almaniya millisinin dünya çempionatı üçün yekun heyəti mayın 21-də açıqlanacaq. Noyerlə bağlı son qərarın yaxın günlərdə verilməsi gözlənilir.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi