1 oktyabr 2026. Cümə axşamı

"Milan" və "Marsel"in sabiq məşqçisi Ukrayna millisinə rəhbərlik edəcək


"Milan" və "Marsel"in sabiq məşqçisi Ukrayna millisinə rəhbərlik edəcək

Ukrayna Futbol Assosiasiyası italiya mütəxəssisi Andrea Maldera ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, 55 yaşlı məşqçi Ukrayna milli komandasının baş məşqçisi təyin olunub. Bununla da o, Ukrayna yığmasının tarixində ilk xarici baş məşqçi olub.

Maldera ilə iki illik müqavilə bağlanıb və razılaşmada əlavə uzadılma opsiyası da nəzərdə tutulub.

Mütəxəssis üçün bu, müstəqil baş məşqçi kimi ilk təcrübə olacaq. Onun son iş yeri “Marsel” klubu olub, burada o, həmyerlisi Roberto De Dzerbinin məşqçilər korpusunda yer alıb. Eyni mütəxəssislə o, İngiltərənin “Brayton” klubunda da çalışıb.

Maldera həmçinin “Milan”da Massimiliano Alleqri, Leonardo, Filippo İnzagi və Klarens Zeedorfun məşqçilər heyətində yer alıb. O, 2016–2021-ci illərdə isə Andrey Şevçenkonun rəhbərliyi altında Ukrayna millisinin məşqçilər korpusunda fəaliyyət göstərib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər