4 iyul 2026. Şənbə

“Dünya çempionatında bir olacağıq və kuboku Braziliyaya qaytarmalıyıq”


“Dünya çempionatında bir olacağıq və kuboku Braziliyaya qaytarmalıyıq”

“Santos” klubunun hücumçusu Neymar qarşıdan gələn dünya çempionatı ərəfəsində Braziliya millisinin hədəflərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, turnir üçün milliyə dəvət alan təcrübəli futbolçu komandanın böyük ambisiyalarla çıxış edəcəyini bildirib.

“Xatırlayın, bu dünya çempionatında biz bir tam olacağıq. Bütün gücümüzü ortaya qoyacağıq. Biz kuboku Braziliyaya qaytarmalıyıq”, – deyə Neymarın sözlərini jurnalist Fabritsio Romano sitat gətirib.

Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi qrup mərhələsində Mərakeş, Şotlandiya və Haiti yığmaları ilə qarşılaşacaq. Komanda mundiala 14 iyun tarixində Mərakeşlə oyunla start verəcək.

Braziliya millisi dünya çempionatları tarixinin ən titullu komandasıdır. Cənubi Amerika təmsilçisi indiyədək beş dəfə dünya çempionu olub.







Dünya çempionatı

Misir Avstraliyanı penaltilərdə məğlub etdi
  • Dünya çempionatı
  • 00:59 04.07.2026
Misir Avstraliyanı penaltilərdə məğlub etdi
Almaniya millisi Yurgen Kloppa tapşırılır
  • Dünya çempionatı
  • 22:43 03.07.2026
Almaniya millisi Yurgen Kloppa tapşırılır
Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı
  • Dünya çempionatı
  • 10:23 03.07.2026
Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı
Naqelsmann Almaniya millisindən ayrıldı
  • Dünya çempionatı
  • 10:00 03.07.2026
Naqelsmann Almaniya millisindən ayrıldı