5 iyul 2026. Bazar günü

Ançelotti Neymarla bağlı sərt qərar verdi


Ançelotti Neymarla bağlı sərt qərar verdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 34 yaşlı hücumçu Neymarı 2026-cı il dünya çempionatı üçün yekun heyətə daxil edib.

90deqiqe.Az-ın “Globo”ya istinadən məlumatına görə, mütəxəssis futbolçu ilə videobağlantı zamanı onun milliyə qayıdışı ilə bağlı sərt şərtləri açıqlayıb.

Ançelotti Neymarın əsas heyətdə yer almayacağını və kapitanlıq sarğısını daşımaq hüququndan məhrum ediləcəyini bildirib. Bundan əlavə, hücumçu “10 nömrəli forma”nı Vinisius Juniora verməli və sosial şəbəkələrdəki fəaliyyətinə məhdudiyyətlər də daxil olmaqla yeni davranış qaydalarına əməl etməlidir. Neymar bu şərtləri qəbul edib.

Futbolçu zəng zamanı gülümsəyərək milli komandaya fayda vermək üçün əlindən gələni edəcəyini bildirib. Onun bu mövqeyi baş məşqçinin 26 nəfərlik yekun heyətə daxil etməsində həlledici olub.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində Braziliya milli komandası Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq. Neymar Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur — onun aktivində 79 qol var.







Dünya çempionatı

Mbappe dünya çempionatında 19-cu qolunu vurub
  • Dünya çempionatı
  • 03:15 05.07.2026
Mbappe dünya çempionatında 19-cu qolunu vurub
Fransa 1/4 finalda Mərakeşə rəqib oldu
  • Dünya çempionatı
  • 03:07 05.07.2026
Fransa 1/4 finalda Mərakeşə rəqib oldu
Şirer "Qızıl buts"un favoritini açıqladı
  • Dünya çempionatı
  • 01:05 05.07.2026
Şirer "Qızıl buts"un favoritini açıqladı
"İlk qol oyunun taleyini dəyişdi"
  • Dünya çempionatı
  • 00:57 05.07.2026
"İlk qol oyunun taleyini dəyişdi"
Mərakeş dünya çempionatında tarix yazdı
  • Dünya çempionatı
  • 23:33 04.07.2026
Mərakeş dünya çempionatında tarix yazdı