1 oktyabr 2026. Cümə axşamı

36 yaşında karyerasını başa vurdu


36 yaşında karyerasını başa vurdu

Ukrayna millisinin sabiq dayaq yarımmüdafiəçisi Taras Stepanenko 36 yaşında futbolçu karyerasını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə futbolçunun özü şəxsi sosial şəbəkə hesabında yazıb.

 Onun son klubu Kovalivkanın “Kolos” komandası olub.

Stepanenko Zaporoje “Torpedo”sunun yetirməsidir. O, 2006–2010-cu illərdə Zaporoje “Metallurq”unda çıxış edib. 2010-cu ildə Donetskin “Şaxtyor” klubuna transfer olunaraq 15 il bu komandada çıxışını davam etdirib.

2025–2026-cı illərdə karyerasında ilk dəfə Ukrayna xaricində çıxış edən futbolçu Türkiyənin Superliqa təmsilçisi İstanbul “Eyüpspor”da oynayıb.

Stepanenko Ukrayna milli komandasında 87 oyuna çıxıb və 2016, 2020 və 2024-cü il Avropa çempionatlarında iştirak edib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər