1 oktyabr 2026. Cümə axşamı

“Nottingem Forest”in futbolçusu dünya çempionatının heyətindən kənarda qaldı


“Nottingem Forest”in futbolçusu dünya çempionatının heyətindən kənarda qaldı

“Nottingem Forest”in hücumameyilli yarımmüdafiəçisi Morqan Qibbs-Uayt 2026-cı il dünya çempionatına yollanmayacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” məlumat yayıb.

Bundan əvvəl Koul Palmer, Harri Maquayr, Lyuk Şou, Fil Foden, Fikayo Tomori və Adam Uortonun da dünya çempionatına aparılmayacağını bildirilmişdi. Bununla yanaşı, Den Börn, Ayven Toni və Noni Madueke turnir heyətinə daxil edilib.

Qeyd edək ki, ingiltərəli futbolçu başa çatan mövsümdə bütün turnirlərdə “Nottingem Forest” üçün 24 qol hərəkətində iştirak edib — 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adına namizədlər siyahısına daxil edilib.

Şimali Amerikada keçiriləcək dünya çempionatı üç həftə sonra start götürəcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər