11 iyul 2026. Şənbə

Luis de la Fuente Mourinyonun “Real”a qayıdışını dəstəklədi


Luis de la Fuente Mourinyonun “Real”a qayıdışını dəstəklədi

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente Joze Mourinyonun Madrid “Real”ına mümkün qayıdışı barədə fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, "RTVE" çalışdırıcının dediklərini belə çatdırıb.

“Real” kimi klubların daxili proseslərini bilmirəm. Lakin komandaların verdiyi qərarlara tam hörmət edirəm. Mourinyo fantastik məşqçidir və “Real”ın tarixində mühüm yer tutur. Məncə, bu, yaxşı ideyadır”

Qeyd edək ki, bu qərarla bağlı yekun nəticənin klubun prezident seçkilərindən sonra veriləcəyi gözlənilir.

Mourinyo 2010–2013-cü illərdə Madrid klubunu çalışdırıb və bu dövrdə komanda ilə 3 titul qazanıb, o cümlədən ölkə çempionluğunu əldə edib.

“Real” prezident seçkilərinin 7 iyun tarixində keçirilməsi planlaşdırılır, lakin rəsmi tarix hələ təsdiqlənməyib. Namizədlər hazırkı prezident Florentino Peres və biznesmen Enrike Rikelmedir. Rikelme Mourinyonun kluba gətirilməsi ideyasına qarşı çıxır.







Dünya çempionatı

"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"
"Əsas məqsədim dünya çempionu olmaqdır"
  • Dünya çempionatı
  • 17:44 11.07.2026
"Əsas məqsədim dünya çempionu olmaqdır"
"Matçların taleyini o həll edir"
  • Dünya çempionatı
  • 17:41 11.07.2026
"Matçların taleyini o həll edir"
FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq