11 iyul 2026. Şənbə

Mərakeş millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb


Mərakeş millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb

Mərakeş milli komandası 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, yekun siyahıya “Real”ın futbolçusu Brahim Dias, PSJ-dən Əşrəf Hakimi və “Mançester Yunayted”in müdafiəçisi Nussair Mazraui kimi oyunçular daxil edilib.

Siyahıda Qətərdə keçirilən dünya çempionatının ən yaxşı qapıçılarından biri sayılan Yassin Bunu (“Əl-Hilal”) da yer alıb. Eyni zamanda, dörd il əvvəl Mərakeş yığmasının əsas simalarından olan “Betis”in yarımmüdafiəçisi Sofyan Amrabat da Şimali Amerikaya yollanacaq.

Qeyd edək ki, Mərakeş yığması qrup mərhələsində Braziliya, Şotlandiya və Haiti milli komandaları ilə qarşılaşacaq.

Komandanın baş məşqçisi Məhəmməd Vahbidir.







Dünya çempionatı

FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"