12 iyul 2026. Bazar günü

“Onun son həftələrdə göstərəcəyi performans həlledici olacaq"


“Onun son həftələrdə göstərəcəyi performans həlledici olacaq"

“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Lennart Karl Almaniya millisinin qarşıdan gələn dünya çempionatı üçün açıqlanan heyətə daxil edilib.

90deqiqe.Az-ın məlumatına görə, jurnalistlərin onun əsas heyətdə oynamaq ehtimalı ilə bağlı sualını baş məşqçi Yulian Naqelsmann cavablandırıb.

“Onun son həftələrdə göstərəcəyi performans həlledici olacaq. O, milli komandada dərhal özünü göstərdi və yaxşı təsir bağışladı. Məncə, o həm sağ cinah hücumunda, həm də hücumçunun arxasında oynaya bilir. Əsas heyətdə yer alıb-almayacağına gəlincə, bunu hələ dəqiqləşdirməmişik. Bu barədə onunla ayrıca danışacağam. O, hazır olduğunu meydandakı oyunu ilə sübut etməlidir”.

Cəmi 18 yaşı olan futbolçu milli komandada debütünü bu ilin mart ayında edib.

Qeyd edək ki, Almaniya milli komandası dünya çempionatında Küraçao, Fil Dişi Sahili və Ekvador yığmaları ilə eyni qrupda mübarizə aparacaq.







Dünya çempionatı

Maldini federasiyada çalışacaq
  • Dünya çempionatı
  • 23:24 11.07.2026
Maldini federasiyada çalışacaq
"İsveçrə Argentinaya çətin anlar yaşadacaq"
  • Dünya çempionatı
  • 21:32 11.07.2026
"İsveçrə Argentinaya çətin anlar yaşadacaq"
"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"