30 may 2026. Şənbə

"Məqsədimiz bəllidir və diqqətimizi yalnız buna yönəltmişik"


"Məqsədimiz bəllidir və diqqətimizi yalnız buna yönəltmişik"

“Arsenal”ın və İngiltərə millisinin hücumçusu Bukayo Saka 2026-cı il dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu komandanın üzərindəki gözləntilərdən çox, özlərinə qoyduqları tələblərin önəm daşıdığını bildirib:

“Biz bilirik ki, hamının bizdən gözləntiləri var. Ancaq əsas olan özümüzün qarşımıza qoyduğumuz tələblərdir. Bu olduqda, başqa heç nə bizə bundan artıq təzyiq göstərə bilməz. Buna görə də kənardakı bütün söhbətləri arxa plana atmağa çalışırıq və nə əldə etmək istədiyimizi dəqiq bilirik. Turnirə hansı məqsədlə yollandığımızdan xəbərdarıq və diqqətimizi yalnız buna yönəltmişik.

Əvvəlki uğursuzluqlara baxmayaraq, Avropa çempionatına qalib gəlmək inamı ilə yollanmışdıq və buna çox yaxın olmuşduq. İndi isə həmin təcrübəni motivasiya mənbəyinə çeviririk. İrəliləməyə davam edəcəyik və özümüz üçün belə imkanlar yaratmağı sürdərəcəyik”, – deyə Saka bildirib.

Qeyd edək ki, İngiltərə millisi 2026-cı il dünya çempionatında əsas favoritlərdən biri hesab olunur.







Dünya çempionatı

Neymar Braziliya millisinin məşqini buraxdı
  • Dünya çempionatı
  • 14:20 28.05.2026
Neymar Braziliya millisinin məşqini buraxdı