16 iyun 2026. Çərşənbə axşamı

Karlo Ançelotti Neymarın durumu barədə danışdı


Karlo Ançelotti Neymarın durumu barədə danışdı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarın zədəsi ilə bağlı fikirlərini bölüşüb.  

 90deqiqe.Az xəbər verir ki, italiyalı çalışdırıcı bu barədə açıqlamasında bildirib:

“Biz Neymarın dünya çempionatında ilk oyuna – Mərakeşə qarşı matça hazır olacağını gözləyirik. Əgər hazır olmasa, ikinci oyunu gözləyəcəyik. Biz heyətdən heç kimi çıxarmırıq”.

Jurnalistin “Əgər Neymarın zədələndiyini bilsəydiniz, onu mundiala çağırardınızmı?” sualına isə baş məşqçi belə cavab verib:

“Əgər mənim babamın təkərləri olsaydı, o, avtomobil olardı”.

Bir müddət əvvəl ulduz futbolçu zədələnmişdi. Buna baxmayaraq, Neymar “selesao”nun 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil edilib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında Braziliya millisinin ilk oyunu 14 iyunda Mərakeş yığmasına qarşı keçiriləcək.







Dünya çempionatı

Avtoqol Belçikanı məğlubiyyətdən xilas etdi
  • Dünya çempionatı
  • 01:07 16.06.2026
Avtoqol Belçikanı məğlubiyyətdən xilas etdi
İspaniya mundiala xal itkisi ilə başladı
  • Dünya çempionatı
  • 22:01 15.06.2026
İspaniya mundiala xal itkisi ilə başladı
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
  • Dünya çempionatı
  • 21:57 15.06.2026
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
Yamal dünya çempionatında debüt etdi
  • Dünya çempionatı
  • 21:54 15.06.2026
Yamal dünya çempionatında debüt etdi