- Dünya çempionatı
- 23:57 31.05.2026
Çexiya Futbol Federasiyası 2026-cı il dünya çempionatında iştirak edəcək milli komandanın yekun heyətini təqdim edib.
90deqiqe.Az xəbər verir ki, baş məşqçi Miroslav Koubek mundial üçün 26 futbolçuya güvənib.
Qapıçılar: Matey Kovarj (PSV), Lukaş Horniçek (“Braqa”), Yindrjix Stanek (“Slaviya” Praqa).
Müdafiəçilər: Vladimir Tsoufal (“Hoffenhaym”), David Doudera (“Slaviya” Praqa), Tomaş Holeş (“Slaviya” Praqa), Robin Hranatç (“Hoffenhaym”), Ştepan Xaloupek (“Slaviya” Praqa), David Yurasək (“Slaviya” Praqa), Ladislav Kreyçi (“Vulverhempton”), Yaroslav Zeleni (“Sparta” Praqa), David Zima (“Slaviya” Praqa).
Yarımmüdafiəçilər: Lukaş Çerv (“Viktoriya” Plzen), Vladimir Darida (Hradets Kralove), Lukaş Provod (“Slaviya” Praqa), Mixal Sadilek (“Slaviya” Praqa), Huqo Soxurek (“Sparta” Praqa), Aleksandr Soyka (“Viktoriya” Plzen), Tomaş Souçek (“Vest Hem”), Pavel Şults (“Lion”), Denis Vişinski (“Viktoriya” Plzen).
Hücumçular: Patrik Şik (“Bayer”), Adam Hlojek (“Hoffenhaym”), Tomaş Xori (“Slaviya” Praqa), Moymir Xıtil (“Slaviya” Praqa), Yan Kuxta (“Sparta” Praqa).
Qeyd edək ki, Çexiya millisi 2006-cı ildən sonra ilk dəfə dünya çempionatında iştirak edəcək.
Komanda mundialın qrup mərhələsində A qrupunda Meksika, Cənubi Koreya və Cənubi Afrika Respublikası ilə mübarizə aparacaq.