- Dünya çempionatı
- 23:57 31.05.2026
Fransa millisinin sabiq dünya çempionu Zinəddin Zidanın oğlu Luka Zidan 2026-cı il dünya çempionatında iştirak edəcək Əlcəzair millisinin yekun heyətinə daxil edilib.
90deqiqe.Az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu Rayan Ait-Nuri, Dortmund “Borussiya”sından Ramy Bensebaini, “Lill”dən Nabil Bentaleb, “Bayer”dən İbrahim Maza, “Marsel”dən Amin Quri və “Əl-Əhli”dən Riyad Mahrez də komandanın tərkibində yer alıblar.
Qrup mərhələsində Əlcəzair millisi Argentina, İordaniya və Avstriya yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə və 48 komandanın iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, Rusiya millisi beynəlxalq yarışlardan kənarlaşdırıldığı üçün turnirdə iştirak etməyəcək.