26 sentyabr 2026. Şənbə

Uruqvay millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb


Uruqvay millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Uruqvay Futbol Assosiasiyası 2026-cı il dünya çempionatında iştirak edəcək milli komandanın yekun siyahısını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, yekun heyətə “Liverpul”, “Barselona” və “Atletiko”nun sabiq futbolçusu Luis Suares daxil edilməyib. Hücumçu 2024-cü ildə milli karyerasını başa vurmuşdu, lakin daha əvvəl mundiala qayıtmaq ehtimalını istisna etməmişdi.

Yekun siyahı belədir: Serxio Roşet, Muslera, Mele, Varela, Arauxo, Xose Mariya Ximenes, Santyaqo Bueno, Kaseres, Pikeres, Vinya, Uqarte, Emiliano Martines, Bentankur, Valverde, Kanobbio, Sanabriya, De Arraskaeta, Nikolas De la Kruz, Salasar, Fakundo Pellistri, Maksimiliano Arauxo, Rodriges, Rodrigo Aqqirre, Vinyas, Darvin Nunes.

Qrup mərhələsində Uruqvay millisi İspaniya, Səudiyyə Ərəbistanı və Kabo-Verde yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirə start verilməsinə iki həftədən az vaxt qalıb. Uruqvay yığması ilk oyununu 16 iyunda Səudiyyə Ərəbistanına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə 01:00-da başlayacaq.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər