- Dünya çempionatı
- 23:57 31.05.2026
Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez hücumçu Kriştiano Ronaldonun 2030-cu il dünya çempionatında da iştirak edə biləcəyini istisna etməyib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə açıqlamasında bildirib:
“Heç kim buna şübhə etməməlidir. O, buna layiqdir.
Mən bir çox futbolçu ilə işləyib ki, onlar Çempionlar Liqasını və ya ‘Qızıl top’u qazandıqdan sonra ertəsi gün motivasiyalarını itiriblər. Amma Ronaldunun timsalında gördüyümüz tamamilə fərqli düşüncə tərzidir.
Düşünürəm ki, belə bir hədəfin olması davamlılıq yaradır. Burada həm genetik faktor, həm də onun gördüyü iş rol oynayır; o, bədəninə kömək etmək üçün hər şeyi edir və yüksək motivasiyaya malikdir”, – deyə Martinez bildirib.
Qeyd edək ki, 41 yaşlı hücumçu 2026-cı il dünya çempionatı üçün Portuqaliya millisinin yekun heyətinə daxil edilib.