1 iyun 2026. Bazar ertəsi

FİFA dünya çempionatı üçün oyunun qaydalarında yeni dəyişiklikləri təsdiqləyib


FİFA dünya çempionatı üçün oyunun qaydalarında yeni dəyişiklikləri təsdiqləyib

Futbolçulara qapıçının zədəsi ilə bağlı oyunun dayandığı anlarda texniki zonanın ətrafında toplanaraq məşqçilərdən göstəriş almaq qadağan ediləcək.

90deqiqe.Az xəbər verir ki, bu dəyişiklik barədə FİFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina məlumat verib. Qayda yaxınlaşan dünya çempionatında tətbiq olunacaq.

Son illərdə bəzi komandalar qapıçıya yardım göstərilən fasilələrdən taktiki göstərişlər üçün istifadə edirdilər. Yeni qaydalara əsasən, bu zaman futbolçular meydanda qalmalı və ya mərkəzi dairəyə yığılmalıdır.

Bundan başqa, Beynəlxalq Futbol Assosiasiyaları Şurası VAR protokolunda dəyişiklikləri də təsdiqləyib. Belə ki, VAR hücum edən komandanın künc və ya cərimə zərbəsi yerinə yetirilməzdən əvvəl qayda pozuntusu etdiyi hallara müdaxilə edə biləcək, əgər bu epizodun inkişafına birbaşa təsir edirsə.

Dünya çempionatında həmçinin vaxt uzadılmasına qarşı yeni tədbirlər tətbiq olunacaq. Bunlara topun oyuna daxil edilməsinə və qapı zərbəsinə 5 saniyəlik limit, əvəzlənən futbolçunun meydanı tərk etməsi üçün 10 saniyəlik limit və tibbi yardım alan futbolçular üçün oyunda məcburi 1 dəqiqəlik fasilə daxildir.

FİFA-nın məqsədi bu dəyişikliklərlə oyunların daha dinamik olmasını təmin etmək və süni fasilələrin sayını azaltmaqdır.







Dünya çempionatı