26 sentyabr 2026. Şənbə

“Rafinya hücum boşluqlarından istifadədə dünyanın ən yaxşısıdır”


“Rafinya hücum boşluqlarından istifadədə dünyanın ən yaxşısıdır”

“Barselona”nın və Braziliya millisinin vingeri Rafinya Dias Panama ilə keçirilən yoldaşlıq görüşündə (6:2) qol vurmasa da, baş məşqçi Karlo Ançelottidən yüksək qiymət alıb.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis Rafinyanı komandanın ən vacib oyunçularından biri adlandırıb.

 “Onun qarşısında duran tələb müdafiə xəttinə daha yaxın oynamaqdır. Çünki boş zonalara hücum etməyi nəzərə alsaq, mən onu dünyanın ən yaxşısı hesab edirəm”, – deyə Ançelotti bildirib.

O əlavə edib ki, Rafinya müdafiə xəttinə yaxın mövqe tutaraq hücuma dərinlikdən qoşulmalıdır: “Lakin topa sahib olduğumuz zaman onun harada oynayacağına heç vaxt müdaxilə etməyəcəyəm”.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Braziliya milli komandası Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər