15 iyul 2026. Çərşənbə

Xorvatiya millisinin dünya çempionatı üçün heyəti açıqlandı


Xorvatiya millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Xorvatiya Futbol İttifaqı 2026-cı il dünya çempionatı üçün milli komandanın heyətini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda iştirak edəcək futbolçuların siyahısına komandanın lideri Luka Modriç də daxil edilib.

Qapıçılar: Dominik Livakoviç ("Dinamo" Zaqreb), Dominik Kotarski ("Kopenhagen"), İvor Pandur ("Hall Siti").

Müdafiəçilər: Yoşko Qvardiol ("Mançester Siti"), Due Çaleta-Tsar ("Real Sosyedad"), Yosip Şutalo ("Ayaks"), Yosip Stanişiç ("Bavariya"), Marin Ponqraçiç ("Fiorentina"), Kristian Yakiç ("Auqsburq"), Martin Erliç ("Midtyullan"), Luka Vuşkoviç ("Tottenhem").

Yarımmüdafiəçilər: Luka Modriç ("Milan"), Mateo Kovaçiç ("Mançester Siti"), Mario Paşaliç ("Atalanta"), Nikola Vlaşiç ("Torino"), Luka Suçiç ("Real Sosyedad"), Martin Baturina ("Komo"), Petar Suçiç ("İnter"), Nikola Moro ("Bolonya"), Toni Fruk ("Riyeka").

Hücumçular: İvan Perişiç (PSV), Andrey Kramariç ("Hoffenhaym"), Ante Budimir ("Osasuna"), Marko Paşaliç ("Orlando Siti"), Petar Musa ("Dallas"), İqor Matanoviç ("Frayburq").

Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının qrup mərhələsində L qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri İngiltərə, Panama və Qana yığmaları olacaq.

 







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı