9 iyun 2026. Çərşənbə axşamı

Superkompüter dünya çempionatının əsas favorisini açıqladı


Superkompüter dünya çempionatının əsas favorisini açıqladı

Statistik təhlillər əsasında proqnozlar hazırlayan superkompüter 2026-cı il dünya çempionatında iştirak edəcək komandaların uğur ehtimallarını qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, İspaniya millisi qarşıdakı mundialın əsas favoriti hesab olunur. Komandanın dünya çempionu olmaq ehtimalı 16,1 faiz dəyərləndirilib.

Hesabatda Luis de la Fuentenin rəhbərlik etdiyi kollektivin finala yüksəlmək şansının 25,6 faiz, yarımfinala adlama ehtimalının 39 faiz, dörddəbir final mərhələsinə vəsiqə qazanmaq şansının isə 52,1 faiz olduğu qeyd edilib.

2026-cı il dünya çempionatının qrup mərhələsində İspaniya millisi H qrupunda mübarizə aparacaq. Komanda iyunun 15-də Kabo-Verde, iyunun 21-də Səudiyyə Ərəbistanı, iyunun 27-də isə Uruqvay yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının final mərhələsində ümumilikdə 48 milli komanda iştirak edəcək. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək.







Dünya çempionatı

Timber dünya çempionatını buraxacaq
  • Dünya çempionatı
  • 22:46 08.06.2026
Timber dünya çempionatını buraxacaq
“Hədəfim eyni səviyyəni qorumaqdır”
  • Dünya çempionatı
  • 23:41 07.06.2026
“Hədəfim eyni səviyyəni qorumaqdır”
“Fransa favorit olsa da, 2002-ci ili unutmuram”
  • Dünya çempionatı
  • 23:09 07.06.2026
“Fransa favorit olsa da, 2002-ci ili unutmuram”
“Fransa DÇ-2026-nın əsas favoriti sayılır”
  • Dünya çempionatı
  • 23:07 07.06.2026
“Fransa DÇ-2026-nın əsas favoriti sayılır”