18 iyul 2026. Şənbə

Türkiyə millisinin dünya çempionatı üçün yekun heyəti açıqlandı


Türkiyə millisinin dünya çempionatı üçün yekun heyəti açıqlandı

Türkiyə milli komandasının 2026-cı il dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, italiyalı baş məşqçi Vinçenzo Montella mundiala aparılacaq 26 futbolçunun adını açıqlayıb.

Yekun siyahıda qapıçı mövqeyində Altay Bayındır, Mərt Günok və Uğurcan Çakır yer alıblar.

Müdafiə xəttinə Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Samet Akaydın və Zeki Çelik daxil edilib.

Yarımmüdafiədə Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Arda Gülər, İrfan Can Kahveci, Oğuz Aydın və Yunus Akgün çıxış edəcəklər.

Hücum xəttində isə Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, Kənan Yıldız və Kərəm Aktürkoğlu yer alıblar.

Türkiyə millisi dünya çempionatının D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək. Tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi turnirdə dünyanın ən güclü milliləri çempionluq uğrunda yarışacaqlar.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"