3 iyun 2026. Çərşənbə

Embolo 2026-cı il dünya çempionatının startını buraxa bilər


Embolo 2026-cı il dünya çempionatının startını buraxa bilər

İsveçrə millisinin hücumçusu Brel Embolo 2026-cı il dünya çempionatına yola düşməzdən əvvəl problemlə üzləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə İsveçrə milli komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hücumçu komanda yoldaşları ilə birlikdə ABŞ-yə yola düşə bilməyib. Buna səbəb onun ölkəyə giriş icazəsi ilə bağlı yaranan problemlərdir.

Daha əvvəl futbolçunun elektron giriş icazəsinin təsdiqləndiyi bildirilsə də, daha sonra ABŞ tərəfi sənədlə bağlı əlavə yoxlama proseduru başladıb.

Hazırda İsveçrə tərəfi müvafiq qurumlarla əlaqə saxlayır və Embolonun yaxın 24 saat ərzində komandaya qoşulacağına ümid edir.

Qeyd edək ki, İsveçrə millisi dünya çempionatı zamanı bazasını San-Dieqoda yerləşdirəcək və çərşənbə axşamı həmin şəhərə yola düşüb.







Dünya çempionatı