21 iyul 2026. Çərşənbə axşamı

Mbappe və Kante arasında diqqətçəkən epizod


Mbappe və Kante arasında diqqətçəkən epizod

Fransa milli komandasının və "Fənərbağça"nın yarımmüdafiəçisi Nqolo Kante ilə hücumçu və kapitan Kilian Mbappe arasında maraqlı an yaşanıb.

90deqiqe.Az xəbər verir ki, hadisə Fil Dişi Sahili ilə keçirilən yoldaşlıq görüşündən (1:2) əvvəl qeydə alınıb.

Belə ki, Kante meydana daxil olarkən Mbappenin yanından keçsə də, onunla əl sıxmayıb. Bu epizod futbol ictimaiyyətinin diqqətini çəkib.

Xatırladaq ki, daha əvvəl mart ayında Kolumbiya ilə keçirilən yoldaşlıq matçında (1:3) Mbappe əvəzlənərək meydana daxil olarkən Rayan Şerkiyə Kantedən kapitanlıq sarğısını almasını xahiş etmişdi. Lakin Kantə oyunda qalmağa davam etmişdi.

Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatında Norveç, Seneqal və İraqla eyni qrupda mübarizə aparacaq. Komanda 2022-ci il dünya çempionatında finala qədər yüksəlsə də, həlledici görüşdə Argentinaya məğlub olmuşdu.







Dünya çempionatı

"Həmin qol karyeramda hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 22:58 20.07.2026
"Həmin qol karyeramda hər şeyi dəyişdi"
"Bu yaranın sağalması zaman alacaq"
  • Dünya çempionatı
  • 22:40 20.07.2026
"Bu yaranın sağalması zaman alacaq"
"Braziliya futbolu geridə qalır"
  • Dünya çempionatı
  • 22:37 20.07.2026
"Braziliya futbolu geridə qalır"