- Dünya çempionatı
- 23:58 05.06.2026
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin milli komandadakı rolu ilə bağlı diqqətçəkən açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, “Olé” nəşri mütəxəssisin dediklərini belə çatdırıb.
Skaloni bildirib ki, komanda daxilində qəbul edilən qərarlarda Messi ilə müzakirələr aparılır və onun fikri nəzərə alınır.
“Heç kim əvəzlənməkdən xoşlanmır, hətta Messi də. Mən Messi ilə məsləhətləşmədən heç bir qərar vermirəm. ‘Mən baş məşqçiyəm’ demək mənasızdır. Biz bütün qərarları onunla müzakirə edirik”, - deyə Skaloni bildirib.
Baş məşqçi vurğulayıb ki, Messi çətin anlarda belə komanda üçün böyük dəyər yaradır.
“Onun fikrini soruşuram, vəziyyətini öyrənirəm və ortaq qərara gəlməyə çalışırıq. O, hətta çətin vəziyyətlərdə belə bizə böyük fayda verir və çoxlu qol imkanları yaradır”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina millisi hazırkı dünya çempionudur. 2022-ci ildə keçirilən finalda Argentina və Fransa yığmaları qarşılaşıb və əsas vaxt 3:3 bitsə də, penaltilərdə (4:2) Cənubi Amerika təmsilçisi qalib gəlib.