21 iyul 2026. Çərşənbə axşamı

“Karlın zədəsi yaxşı görünmür”


“Karlın zədəsi yaxşı görünmür”

Almaniya milli komandasının baş məşqçisi Yulian Nagelsmann komandanın yarımmüdafiəçisi Lennart Karlın məşq zamanı aldığı zədə ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssisin sözlərini jurnalist Fabritsio Romano yayıb.

Nagelsmann bildirib ki, futbolçunun vəziyyəti ciddi narahatlıq doğurur və ilkin müayinələrdən sonra dəqiq diaqnoz gözlənilir.

“Bu, yaxşı görünmür. O, xəstəxanaya aparılıb və müayinədən keçəcək. Diaqnozu gözləməliyik və onun dünya çempionatında oynayıb-oynamayacağını, ya da yerinə yeni futbolçu çağırmalı olacağımızı görməliyik”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Almaniya millisi dünya çempionatına hazırlıq çərçivəsində şənbə günü ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Komanda 2026-cı il dünya çempionatında ilk oyununu 14 iyunda keçirəcək. FIFA qaydalarına əsasən, zədəli futbolçunun əvəzlənməsi turnirdə ilk oyundan 24 saat öncəyədək mümkün ola bilər.







Dünya çempionatı

"Həmin qol karyeramda hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 22:58 20.07.2026
"Həmin qol karyeramda hər şeyi dəyişdi"
"Bu yaranın sağalması zaman alacaq"
  • Dünya çempionatı
  • 22:40 20.07.2026
"Bu yaranın sağalması zaman alacaq"
"Braziliya futbolu geridə qalır"
  • Dünya çempionatı
  • 22:37 20.07.2026
"Braziliya futbolu geridə qalır"